Zelenski Trampa hədiyyə edəcəkdi: görün kimə qismət oldu
Zelenski Trampa hədiyyə edəcəkdi: görün kimə qismət oldu
Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa hədiyyə vermək istəyib.
Bu barədə “Financial Times” qəzetinin jurnalisti Kristofer Miller məlumat yayıb.
O bildirib ki, Zelenski Ukraynadakı döyüşlərin gedişatını izləyən “iPad” hədiyyə etmək istəsə də, Tramp tədbirdə iştirak etməyib.
“Düzünü desəm, mən bunu Münxendə Trampa vermək istəyirdim. Niyə? Çünki “iPad”imdə hansı hücumların baş verdiyini dərhal görə bilirəm — dronlar, raketlər və sair”, – deyə Zelenski Londondakı çıxışı zamanı bildirib.
Ukrayna lideri daha sonra bu planşeti Böyük Britaniya Kralı III Çarlza təqdim edib.
Qeyd edək ki, V.Zelenski martın 17-də Londona gedib və Bukinqem Sarayında III Çarlzla görüşüb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi