Zelenski: Ukrayna Donbası Rusiyanın nəzarətinə verə bilməz
Zelenski: Ukrayna Donbası Rusiyanın nəzarətinə verə bilməz
“Ukrayna Donbası heç bir şey etmədən Rusiyanın nəzarətinə verə bilməz. Bu əraziləri müdafiə edərkən minlərlə insan həlak olub”.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Sadəcə təslim olmaq? Mən belə bir fikri dəstəkləyə bilmərəm. Əmin deyiləm ki, xalqımız da buna razı olar. Minlərlə, on minlərlə ukraynalı Ukraynanın bu hissəsini müdafiə edərkən həlak olub", - Zelenski əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Donbas məsələsi yalnız ərazi ilə bağlı deyil, həm də insanlar və dövləti müdafiə etmək strategiyası ilə bağlıdır.
"Donbas müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Azadlıq bizim üçün boş söz deyil", - dövlət başçısı bildirib.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq