Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Kiyev Amerika tərəfi ilə danışıqların son mərhələsi fonunda hadisələrin istənilən inkişaf variantına hazırdır.
Ukrayna lideri mövqeyini teleqram kanalında axşam çıxışında bildirib.
O xatırladıb ki, Ukrayna nümayəndə heyəti bu gün ABŞ-də Prezident Donald Trampın komandası ilə danışıqları davam etdirəcək və əsas məqsəd Birləşmiş Ştatlar liderinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə nələrin deyildiyini aydınlaşdırmaqdır.
Əvvəllər xəbər verilib ki, Mayamidə Uitkoff, Kuşnerlə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov arasında görüş keçiriləcək.
"İndi bizim vəzifəmiz Rusiyada (danışıqlar zamanı) deyilənlər barədə tam məlumat əldə etməkdir", - Zelenski deyib.
O vurğulayıb ki, Ukrayna bütün tərəfdaşları ilə ləyaqətli sülh naminə mümkün qədər konstruktiv şəkildə işləyəcək.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..