Zelenski yaxın günlərdə ABŞ və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçiriləcəyini açıqlayıb
Zelenski yaxın günlərdə ABŞ və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçiriləcəyini açıqlayıb
Hazırda müharibənin başa çatması üçün “əhəmiyyətli şans” var.
"Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenski yaxın günlərdə ABŞ tərəfi və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçiriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, danışıqlara Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Baş Qərargah rəisi Andrey Qnatov və güc strukturlarının digər nümayəndələri qatılacaq.
Prezidentin özü isə Tramp komandasının üzvləri, Avropa liderləri və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır. Bu görüşlərdə müharibənin başa çatdırılması şərtləri müzakirə olunacaq.
Zelenski bildirib ki, yaranmış imkan Ukraynanın hər bir şəhəri və icması üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məqsəd Ukrayna üçün ləyaqətli sülhə nail olmaq və Rusiyanın ölkəyə üçüncü dəfə hücum etməyəcəyinə dair real təhlükəsizlik təminatları əldə etməkdir.
Prezident çıxışında Rusiyanın Türkiyəyə məxsus mülki gəmiyə endirdiyi zərbəyə də münasibət bildirib.
Deyib ki, müharibə ilə heç bir əlaqəsi olmayan mülki gəmilərin hədəfə alınması Rusiyanın bütün dünyaya açıq çağırışıdır.
"Ukrayna tərəfdaşları ilə birlikdə bu insidentə necə cavab veriləcəyini müzakirə edəcək və reaksiyanın mütləq olacaq", - Prezident lavə edib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp