Zelenskinin taleyi ilə bağlı bədbin proqnoz
Zelenskinin taleyi ilə bağlı bədbin proqnoz
Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi arenadan uzaqlaşdırılmasının qaçılmaz olduğu iddia edilir.
Bu barədə Ali Radanın deputatı Artem Dmitriytruk ABŞ Prezidenti Donald Trampın Davosda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Dmitriytruk Teleqram kanalında yazıb ki, Zelenski “tətikləyici fiqur” kimi istifadə olunur və onun taleyi artıq çoxdan həll edilməli idi. Deputatın sözlərinə görə, Ukrayna lideri gələcəkdə Trampın güclü siyasi təzyiqi və mümkün məhkəmə prosesi ilə üzləşə bilər.
“Bu proses istədiyimiz qədər tez baş verməyə bilər, lakin hesab edirəm ki, bu, qaçılmazdır”, – deyə Dmitriytruk vurğulayıb.
Bundan əvvəl “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Zelenski Davos İqtisadi Forumu çərçivəsində Donald Trampla şəxsi görüş keçirməyə çalışsa da, Ağ Ev bu görüşdə maraqlı olmayıb.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq