Zəfərə aparan yol: Vətən müharibəsinin dördüncü günü
Zəfərə aparan yol: Vətən müharibəsinin dördüncü günü
30 sentyabr 2020-ci il - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin dördüncü günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Həmin gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşür və düşmənə haqq davamızının məntiqi nəticə ilə yekunlaşacağının mesajını verir:
"Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".
Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən ilk üç gündə olduğu kimi, müharibənin dördüncü günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.
Günün birinci yarısında Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, itirilmiş mövqelərini geri qaytarmaq üçün Madagiz (Suqovuşan) istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib:
"Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədi ilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir. Bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir".
Günün ikinci yarısında isə Müdafiə Nazirliyi növbəti məlumatı yararaq bildirir ki, qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağıdıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar edilərək atəş zərbəsi ilə məhv edilib.
Təbii ki, bu, müharibənin dördüncü gününü də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olduğunu göstərir və qələbəmizin növbəti təntənəsi kimi yadda qalır.







Oxşar -Yeniinfo.az
Bu kəndlərə növbəti köç karvanı yola salındı
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?