Telefon
WhatsApp
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
300 X 250 Reklam Alanı

Xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı proseslərdən danışıb.

Yeni info.az-a Modern.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir.

“Danışıqların gedişi və ümumilikdə proses barədə amerikalı tərəfdaşlarımız tərəfindən mütəmadi şəkildə məlumatlandırılırıq. Bir neçə ay əvvəl Ermənistan tərəfi ilə ABŞ arasında ilkin sənəd də imzalanmışdı. Bizə verilən məlumata görə, proses davam edir və hazırda sənədlərin hazırlanması mərhələsi gedir. Bu dəhlizlə bağlı söhbət dəmir yolundan, avtomobil yolundan, elektrik kabellərindən, o cümlədən boru kəmərlərindən də gedə bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150