Zəngəzur dəhlizindən heyrətamiz görüntülər
Zəngəzur dəhlizindən heyrətamiz görüntülər
Zəngəzur dəhlizinin başladığı nöqtədən yeni görüntülər yayılıb.
Sosial şəbəkələrdə paylaşılan videolarda Araz çayı yaxınlığında salınan dəmir yolu xətti əks olunub.
Görüntülərdə Zəngəzur dəhlizi boyunca inşa edilən qatar yolunun texniki vəziyyəti və ərazinin ümumi mənzərəsi diqqət çəkir. Məlumata görə, gələcəkdə dəhliz vasitəsilə hərəkət edəcək qatarlar məhz bu dəmir yolu xəttindən istifadə edəcək.
Qeyd edək ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycan arasında təxminən 43 kilometrlik məsafəni əhatə edir. Dəhlizin istifadəyə verilməsi Ankara ilə Bakını birbaşa dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək. Layihə həm magistral avtomobil yolu, həm də dəmir yolu xətlərini nəzərdə tutur.
Hazırda Azərbaycan tərəfi Zəngəzur dəhlizinə birləşdiriləcək Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun tikintisini davam etdirir.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı