Əbu-Dabidə ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşü yekunlaşdı
Əbu-Dabidə ABŞ-Rusiya-Ukrayna üçtərəfli görüşü yekunlaşdı
Rusiya, ABŞ və Ukraynanın nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Əbu-Dabidə keçirilən danışıqları bu gün üçün başa çatıb.
Bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər sülh sazişinə aparan yolda müəyyən irəliləyiş əldə ediblər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Hazırda böhranın nizamlanması ilə bağlı bir neçə ssenari üzrə müzakirələr aparılır.
"Associated Press" agentliyi isə günün əvvəlində xəbər vermişdi ki, Əbu-Dabidə keçirilən ilk iclas zamanı təhlükəsizlik üzrə üçtərəfli qrup danışıqları müxtəlif formatlarda aparır, zərurət yarandıqda isə mövzu üzrə qruplara bölünür.
Qeyd olunur ki, bu görüş ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrinin eyni vaxtda həm Rusiya, həm də Ukrayna təmsilçiləri ilə bir araya gəldiyi ilk məlum hadisədir.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi