Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 7 avqust tarixində Lerik rayonunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Bu barədə Yeni info.az-a APA-ya istinadən Ədliyyə Nazirliyindən bildirilib.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 6 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17531, 17520) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar -Yeniinfo.az
Düyü və bulqur ən zərərli məhsul elan edildi
Ağdamın kəndlərində baş verən yanğınlar söndürüldü
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi
I yarımildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edəcək
Bakıda havada normadan artıq toz müşahidə edilir, sabah günortaya qədər davam edəcək
Baş prokuror Nəsimi rayonunda vətəndaşları qəbul edəcək