Ədliyyə orqanlarına qəbul imtahanında 95 nəfər növbəti mərhələdə iştirak şansı qazanıb
Ədliyyə orqanlarına qəbul imtahanında 95 nəfər növbəti mərhələdə iştirak şansı qazanıb
Mayın 7-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib.
Nazirlikdən APA.az Yeni info.az-a verilən xəbərə görə, üç saat davam edən imtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndirilib, imtahandan keçid balı isə 55 olub.
İmtahanda iştirak edən 119 namizəddən 95 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.
Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8-12 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).







Oxşar -Yeniinfo.az
Kiyevdəki Azərbaycan səfirliyi vuruldu
İran səfiri konsulumuzun həlak olması ilə bağlı başsağlığı verdi
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
FHN Naxçıvan Tibb Kollecində fövqəladə hallarda davranış qaydaları barədə tədbir keçirib
Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var
Uşaqlarınızı bu platformalardan qoruyun - Ekspert
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq..
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir