Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb
Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb
Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
"Report"un Yeni info.az məlumatına görə, bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.
Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.







Oxşar -Yeniinfo.az
Uitkoff və Kuşner yenidən Rusiyaya gedəcək
Şahbaz Şərif ABŞ-İran sazişinin razılaşdırıldığını təsdiqlədi
İran-ABŞ sülh sazişini bu rəsmilər imzalayacaqlar
Əmr verildi, İranın raketləri hazır vəziyyətdə..
İranın bütün nüvə yanacağı nəzarətimizdə olacaq - Heqset
ABŞ-la İran sülh sazişini razılaşdırdı - Təcili
Tramp da tarixi razılaşmanı elan etdi
Trampla razılaşdıq, yaxın vaxtda görüşəcəyik - Zelenski