Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
Nazirlər Kabineti yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib.
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri aşağıdakı kimidir:
- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;
- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;
- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).
Ödənişli avtomobil yolunun texniki dərəcəsi – I c, hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4, hərəkət zolağının eni – 3,5 metr, yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr
hissəsində – 2 metr, torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr, ayırıcı zolağın eni – 2 metrdir.
Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri aşağıdakı kimidir:
- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):
- uzunluğu – 101 kilometr;
- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;
- hərəkət zolaqlarının sayı – 2;
- hərəkət zolağının eni – 3,5 metr;
- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;
- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;
- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi
nəzərə alınmaqla təsdiq etməli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.







Oxşar -Yeniinfo.az
Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu
21 yeni peşə təhsili mərkəzi tikiləcək
Metroda qatar sayı artırıldı
Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?
Bu ölkə ilə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir
Sözün sehri ilə: Mübariz Yunusun poeziya gecəsi
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi