Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN )məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Əlcəzair arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əlcəzair Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfəri məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi, təhsil və humanitar, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub.
Bu çərçivədə Azərbaycan və Əlcəzair hökumətləri arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin imzalanması münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilib.
Tərəflər həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Ölkəmizin bir sıra beynəlxalq platformalarda sədrliyi və ev sahibliyi dövründə irəli sürülmüş təşəbbüslərin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub.
Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və sabitliyin təsis edilməsi vizionu, bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.
Görüş zamanı bir sıra digər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"