Əli Əsədov: "Türkiyə şirkətləri azad olunmuş ərazilərdə əlliyə yaxın layihə icra edir"
Əli Əsədov: "Türkiyə şirkətləri azad olunmuş ərazilərdə əlliyə yaxın layihə icra edir"
"Biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəl investisiyaların cəlb olunmasını fəal şəkildə təşviq edirik. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və təzəsinin tikilməsi üçün xarici kapitalın cəlbi davam edir".
Bunu baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Hökumət başçısının sözlərinə görə, Türkiyə şirkətləri azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər:
"Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bunların dəyəri təqribən 5 milyard dollardır.
Eyni zamanda, ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim. Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu