Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişib
Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişib
"Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası"nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən sanatoriya-kurort yollayışı ilə təmin olunurlar.
Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin müvafiq "DOST" mərkəzi tərəfindən sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı yeddi iş günü əvvəl məlumat göndərilir və həmin şəxslər ən azı üç iş günü əvvəl sanatoriya-kurort yollayışı ilə təmin olunurlar.
Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan sonra üç iş günü ərzində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq "DOST" mərkəzini məlumatlandırmalıdır.
Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort yollayışı ilə təmin olunması təsdiq edildikdən sonra il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin müvafiq "DOST" mərkəzini bu Qaydada nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir.
Növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə) növbədən çıxarıldığı gündən beş iş günü sonra yenidən növbəyə götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat Agentliyinin "DOST" mərkəzinə müraciət edə bilər.
Qərara əsasən, orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort yollayışı ilə həmin şəxslərin sanatoriya-kurort yollayışı ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar.
Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat Agentliyinin "DOST" mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort yollayışı ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol verilir. Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və "Geri qayıtma" talonunu müalicə başa çatdıqdan sonra otuz gün müddətində aidiyyəti quruma təqdim edir.
Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin "DOST" mərkəzi daxil olmuş məlumatları üç iş günü müddətində MEİS-in "Sanatoriya-kurort" altsisteminə daxil edir və həmin məlumatlar avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi barədə hesabatda əks olunur və onun yollayışın istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur.
İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə "Geri qayıtma" talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə uyğun təmin edilir.







Oxşar -Yeniinfo.az
Noyabr üzrə pensiyaların tam ödəniləcəyi tarix açıqlandı
Növbəti köç karvanı Şuşakəndə çatıb, açarlar təqdim edilib
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Duz beyinə necə təsir göstərir? - Alimlər açıqladılar
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI - 20.11.2025
Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişib
“İnsanlar başqaları haqqında fikir bildirməyə daha meyllidirlər”
Salyanda yük avtomobili yanıb