Telefon
WhatsApp
Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
300 X 250 Reklam Alanı

İstədiyinə nail olan Bakı Sünikdən (Qərbi Zəngəzur) keçən marşrutun adları ilə bağlı mübahisələrə son qoymaq qərarına gəlib.

Bunu erməni politoloq Suren Surenyants Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

İlham Əliyev müsahibədə Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına şübhə etmədiklərini bildirib:

“Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq həll etməli olduğumuz bütün məsələlər istədiyimiz kimi həll edilib”.

Surenyantsın sözlərinə görə, layihənin adının “Tramp yolu”, Zəngəzur dəhlizi və ya başqası olmasından asılı olmayaraq, əsas məsələ bu yolun əməliyyat parametrləridir:

“Təhlükəsizlik rejimi, gömrük və pasport nəzarəti, eləcə də bu rejimin Ermənistanın yurisdiksiyası və suverenliyini məhdudlaşdırıb-məhdudlaşdırmadığını və digər şeyləri anlamaq vacibdir. Bu baxımdan, Azərbaycanın istədiyinə nail olduğunu düşünürəm. Əliyevin də açıqlamasına əsasən, sözügedən marşrut Azərbaycanın tələblərinə tam cavab verir”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150