Əliyevin təklifi: Türk dövlətləri vahid hərbi gücə çevrilir?
Əliyevin təklifi: Türk dövlətləri vahid hərbi gücə çevrilir?
Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısındakı çıxışlarında üzv dövlətlər arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zərurətini xüsusi vurğulayıblar. Prezident İlham Əliyevin çıxışında bu mövzuda “türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”, “ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”, “bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir” kimi cümlələr işlədib.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Türk dövlətləri arasında iqtisadi əlaqələr və ticarət artsa da, hərbi və müdafiə sahəsində əməkdaşlıq istənilən səviyyədə deyil. Azərbaycan və Türkiyə hərbi müttəfiqliyə Mərkəzi Asiya ölkələrini cəlb etmək istəyirlər. Bu üzv dövlətlərin birgə hərbi təlimlərin artırılmasını və hərbi texnikanın birgə istehsalını ehtiva edir. Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Ukraynaya hücum qərarı verən Kremlin Qazaxıstan üçün də təhlükə mənbəyi olduğunu Astana anlamamış deyil. Bu səbəbdən Qazaxıstanın hərbi sahədə Azərbaycan və Türkiyə ilə əməkdaşlığı gücləndirməsi Astananın özü üçün vacibdir”, - politoloq vurğulayıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"