Telefon
WhatsApp
Əraqçi bunu ABŞ-la danışıqların əsas şərti hesab edir
300 X 250 Reklam Alanı

İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ-la danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib.

Yeni info.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, Əraqçi ABŞ-la danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət “hələ də dəyişə bilər”.

Ravidə danışan mənbələr vurğulayıblar ki, İran tərəfi İsveçrə səfərindən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasına nail olunmasında israr edir.

Daha əvvəl Ravid bildirib ki, danışıqlarda ABŞ-ı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcəklər

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150