“Ərdoğan çox güclüdür, HƏMAS ona hörmət edir” - Tramp
“Ərdoğan çox güclüdür, HƏMAS ona hörmət edir” - Tramp
ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs və sülhün bərqərar olunması istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, ABŞ lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət etdiyini bildirərək, onun sülh prosesində mühüm rol oynadığını vurğulayıb.
“Prezident Ərdoğan çox güclü liderdir, HƏMAS ona hörmət edir. O, Qəzzada sülhün təmin olunması üçün ciddi səylər göstərir”, – Tramp qeyd edib.
Ağ Evin açıqlamasında isə Qəzza planına dair danışıqların davam etdiyi və prosesi mümkün qədər sürətləndirməyə çalışdıqları bildirilib. Belə ki, Tramp HƏMAS-ın “çox vacib məsələlərdə razılığa gəldiyini” söyləyərək, əsirlərin azad edilməsi və sülh razılaşmasının imzalanması üçün vaxt itirmədən hərəkət etmək lazım olduğunu deyib.
Xatırladaq ki, HƏMAS-ın Qəzza üzrə rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti Misirə gedərək atəşkəs, İsrail qüvvələrinin bölgədən çıxarılması və əsir mübadiləsi məsələlərini müzakirə edib.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...