Ərdoğan: "Fələstinin tanınması son dərəcə mühüm və tarixi qərardır"
Ərdoğan: "Fələstinin tanınması son dərəcə mühüm və tarixi qərardır"
"Bəzi ölkələrin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin Fələstini tanıması son dərəcə mühüm və tarixi qərardır".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Fələstinlə bağlı konfransda deyib.
Onun sözlərinə görə, iki ilə yaxındır ki, İsrail hökumətinin güclənən hücumları səbəbindən bölgə ağır humanitar fəlakət yaşayır.
"Qəzzada 65 mindən çox insanın həyatına son qoyan qırğınlar səngimək bilmir. Heç kim baş verənləri qəbul edə, belə bir soyqırım qarşısında səssiz qala bilməz. Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin yaradılmasını qeyri-mümkün etmək və Fələstin xalqını mümkün qədər qaçmağa məcbur etməkdir. Bu neqativ hallara qarşı BMT Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla bir qrup ölkənin Fələstin Dövlətini tanımaq qərarı son dərəcə əhəmiyyətli və tarixidir".
Ərdoğan əlavə edib ki, Fələstin məsələsi qlobal problemə çevrilib: "Bununla belə, burada danışan hər kəsin həm də Fələstin xalqının səsini təmsil etməsini olduqca dəyərli hesab edirəm. İki dövlət həllini məhv etmək, Fələstin dövlətinin mövcudluğunu inkar etmək, Fələstin xalqını qovmaq və İsrailin bölgədəki ekspansionist ambisiyalarını həyata keçirmək – buna heç vaxt yol verilməməlidir".







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?