Ərdoğan Livanın Baş nazirini qəbul etdi
Ərdoğan Livanın Baş nazirini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Navaf Salamı qəbul edib.
Yeni info.az-a Modern.az xəbər verir ki, görüşdə Türkiyə ilə Livan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Görüşdə Ərdoğan Türkiyənin qardaş ölkə Livanla münasibətlərinə önəm verdiyini və bu kontekstdə diplomatik əlaqələrin gücləndirilməsinin faydalı olacağına inandığını bildirib.
Prezident Ərdoğan Türkiyənin Livanın təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərinin davam etdiyini və Türkiyənin Livanda təhlükəsizlik, sülh və sabitliyin bərqərar olması üçün humanitar yardım da daxil olmaqla bütün mümkün dəstəyi verməyə davam edəcəyini vurğuladı.
Prezident Ərdoğan Livan və Suriya arasında yaxşı qonşuluq münasibətlərinin inkişaf etdirilməsinin bölgə üçün faydalı olacağını bildirib.







Oxşar -Yeniinfo.az
Min raket İranı hədəfə alıb – Tramp
Ukrayna bir gecədə 28 gəmini vurdu: Rusiya…
Tramp: "İrana görünməmiş zərbə barədə göstəriş vermişəm"
Ərdoğan Livanın Baş nazirini qəbul etdi
Suşidən 19 nəfər zəhərləndi
Rusiya Odessaya qanadlı raketlərlə hücum etdi
İran nüvə obyektlərini təmir edir - Peyk görüntüləri yayıldı
İran: ABŞ ilə danışıqlar istəməmişik