Ərdoğan məktəblərdəki hadisələrə görə onu işdən çıxardı
Ərdoğan məktəblərdəki hadisələrə görə onu işdən çıxardı
Türkiyədə təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Rəsmi qazet"də yayımlanıb.
Prezidentin digər qərarı ilə Cihad Demirli N. Yılmazın yerinə təyinat alıb.
Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Qəhrəmanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfada məktəbə təşkil edilən silahlı hücum nəticəsində 16 nəfər xəsarət alıb. İkinci hadisə isə aprelin 15-də Qəhrəmanmaraşda baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, 9 nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra xəstəxanada daha bir şagird də həyatını itirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi