Ərdoğan Pezeşkianla danışdı: hər cür dəstəyə hazırıq
Ərdoğan Pezeşkianla danışdı: hər cür dəstəyə hazırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Modern.az Yeni info.az-a xəbər verir ki, Ərdoğan telefon danışığı zamanı yaxın günlərdə başlanacaq danışıqlardan davamlı sülh və sabitliyin təmin olunması üçün maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb.
O, prosesə mane olmaq istəyən qüvvələrə imkan verilməməsinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin bu istiqamətdə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, atəşkəsə aparan prosesdə Ankara intensiv səylər göstərib. Ərdoğan İran xalqının itkiləri ilə bağlı başsağlığı verərək, Türkiyənin əsas məqsədinin bölgədə sağlam düşüncə və dialoq mühitinin formalaşdırılması olduğunu vurğulayıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi