Ərdoğan: Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər
Ərdoğan: Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya dəstək məqsədilə yaradılmış "Könüllülər Koalisiyası”nın videokonfrans formatındakı liderlər zirvəsində iştirak edib.
35 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən görüş zamanı Ukrayna-Rusiya müharibəsindəki son vəziyyət, döyüşlərin dayandırılması istiqamətində atılacaq addımlar və sülh təşəbbüsləri müzakirə olunub.
Türkiyə liderinin sözlərinə görə, Ankara ədalətli və uzunmüddətli sülhün tezliklə bərqərar olması üçün diplomatik səylərini davam etdirir və bu məqsədlə tərəfləri birbaşa danışıqlara sövq edir.
Prezident qeyd edib ki, Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər. Türkiyə tərəfi bu istiqamətdə həm Moskva, həm də Kiyevlə müzakirələri davam etdirir.
Türkiyə lideri bildirib ki, enerji sektoru və limanları da əhatə edəcək atəşkəs razılaşması genişmiqyaslı sülh müqaviləsinin müzakirəsi baxımından əlverişli şərait yarada bilər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?