Ərdoğan: Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir
Ərdoğan: Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir
Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına ilk yerli istehsal olan “Altay” tankının təhvil verilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, ВМС şirkətinin yeni müəssisəsi ayda səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli döyüş maşını istehsal etmək gücünə malikdir.
“Altay” tanklarının vacib komponentləri də daxil olmaqla, xarici təchizatçılardan istənilən asılılığı aradan qaldırmağa çalışırıq”, - deyə prezident Ankaranın yerli hərbi-sənaye kompleksinin inkişafında qətiyyətini vurğulayıb.
Türkiyə lideri hesab edir ki, məhdudiyyətlər və maneələr Türkiyənin bəyan etdiyi məqsədlərə doğru yolunu ləngidə bilər, lakin qarşıya qoyulan məqsədlərinə çatmasına mane ola bilməz. “Biz ya məqsədimizə alternativ yol tapacağıq, ya da yeni bir yol acacağıq”, - deyə Ərdoğan qeyd edib.







Oxşar -Yeniinfo.az
Rubio Zelenski ilə görüşəcək
Zelenski İran Şahının oğlu ilə görüşdü
Ukrayna əhalisi ağır vəziyyətdə - Hesabat
Putin hazırda gizli səfərbərlik həyata keçirir
Putini yalnız bu ölkə dayandıra bilər - Zelenski
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər - Xəbərdarlıq