Ərdoğanın bu görüntüləri müzakirə yaratdı
Ərdoğanın bu görüntüləri müzakirə yaratdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzani və onun oğlu İdris Bərzani ilə görüş keçirib.
“Qafqazinfo”.az Yeni info.az-a istinadən xəbər verir ki, görüş zamanı Prezident Ərdoğanın İdris Bərzani ilə səmimi anları kameralara düşüb.
O, gənc Bərzaninin üzünü əlləri ilə tutaraq sığallayıb və onunla qısa söhbət edib. Bu görüntülər forumun ən çox diqqət çəkən anları arasında yer alıb və müzakirələrə səbəb olub.
İki tərəf arasındakı səmimi münasibət diplomatik görüşün rəsmi çərçivəsindən kənara çıxaraq, isti və dostluq atmosferi ilə yadda qalıb. Ərdoğanın əvvəlki görüşlərdə də oxşar jestlər nümayiş etdirdiyi bildirilir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi