Əsəbi olanlar, bu çayı içsin
Əsəbi olanlar, bu çayı içsin
Stresslə mübarizə aparmaq qara çay yox, yaşıl çay içmək məsləhətdir.
Avstraliyalı elm adamları yaşıl çayın stress səviyyəsini azaltdığını müəyyən ediblər.
Avstraliyanın Svinburn Universitetinin tədqiqatçılar qrupu, yaşıl çayın stress səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını göstərən plasebo nəzarətli tədqiqatın nəticələrini açıqlayıb. Tədqiqat zamanı məlum olub ki, bu içki təkcə kəskin stressi və qanda kortizol səviyyəsini azaltmağa kömək etmir, beyində alfa dalğalarının stimullaşdırılmasına təsir göstərir.
Beyindəki alfa dalğaları istirahətlə əlaqələndirilir. Alimlər ilk dəfə olaraq, içkinin təbii tərkib hissəsinin effektivliyini qiymətləndirmək üçün MEG texnologiyasından istifadə ediblər. Bu, yaşıl çayda olan və çoxsaylı sağlamlıq faydaları təmin edən L-theanine birləşməsidir.
Son illərdə aparılan müxtəlif tədqiqatlar bu içkinin sağlamlığı yaxşılaşdıran çoxlu bioaktiv komponentlərdən ibarət olduğunu müəyyən etmişdir. Yaşıl çay beyin fəaliyyətinə müsbət təsir göstərə bilər, yağ yandırılmasını artırır və atletik performansı artırır. Yaşıl çayın tərkibindəki antioksidantlar müxtəlif xərçəng növlərinin riskini azaldır.
İçki həm də Alzheiymer və Parkinson xəstəliklərinin riskini azaltmağa kömək edir. Yaşıl çay ağızdakı bakteriyaları öldürür, infeksiyalar, tip 2 diabet və ürək-damar xəstəlikləri riskini azaldır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu